Dünya
Müharibə QAPIDA: ordu Türkiyə sərhədinə çatdı, döyüş başladı
İraq Məsud Bərzani rejimini küncə sıxışdırırır. Ötən
həftə Sincarı peşmərgədən alan İraq ordusu Türkiyə sərhədinə doğru
yaxınlaşır.
Publika.az xəbər verir ki, Duhokun qərbini keçərək Feys
Habura çatan İraq əsgərlərinin bu gün səhər saatlarında bölgədəki
peşmərgə ilə toqquşduğu deyilir.
İraq ordusunun hədəfi Ankara və Bağdadın açmağı planlaşdırdığı
Ovaköy yeni sərhəd qapısıdır. Artıq qısa müddətdən sonra İraq
əsgərləri sərhədə çatacaq.
Dünən ABŞ dövlət katibi Reks Tillersonun Bağdada səfəri isə sürpriz
oldu. Səudiyyə Ərəbistanında səfər zamanı Tillerson İranın
dəstəklədiyi Haşdi Şabi güclərinin İraqdan çıxmasını tələb etdi.
Lakin Bağdadda baş nazir Heydər əl İbadi ilə görüşən zaman
Tillerson istədiyi zamanı ala bilmədi.
Tillerson Bağdadla Ərbilin müharibəni dayandırmasını istədi və
dialoq təklifini irəli sürdü.
İbadi isə Haşdi Şabini müdafiə edərək, “bu təşkilat İraqın rəsmi
dövlət qurumlarından biridir, konstitusiya dövlət xaricində heç bir
silahlı gücün iştirakına icazə vermir” deyə bildirdi.
İraqın baş naziri sabah Ankaraya səfər edərək. Türkiyə-İraq
münasibətləri kürdlərin referendumundan sonra olduqca sıxlaşıb.
Məsud Bərzani isə dünən axşam Fransa prezidenti Emmanuel Makronla
telefon danışığı aparıb. Makron tərəfləri dialoqa dəvət edib.
Lakin İraq ordusu geri çəkilmir. Artıq Türkiyə sərhədlərinə çatan
iraq əsgərləri ilə peşmərgə arasında yeni toqquşmaların olacağı an
məsələsidir.
Asif
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ