Rakka əməliyyatının GÖRÜNMƏYƏN 5 TƏRƏFİ - Ankara-Vaşinqton müharibəsi başlayır?
Bizi izləyin

Dünya

Rakka əməliyyatının GÖRÜNMƏYƏN 5 TƏRƏFİ - Ankara-Vaşinqton müharibəsi başlayır?

ABŞ-ın PKK/PYD terror təşkilatının silahlı qanadı YPG-dən təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) Rakkanı İŞİD-dən azad etməsindən sonra Suriyada kartlar yenidən qarışdı.

Publika.az
xəbər verir ki, “Milliyyet”in köşə yazarı Nihat Ali Özcan Rakkanın İŞİD-dən təmizlənməsindən sonra baş verəcəkləri qələmə alıb.



Bir: İŞİD əsas mərkəzindən məhrum edildi və terror təşkilatı bundan sonra məkanı olmadan mübarizə aparmaq strategiyasına keçir. İŞİD-in hazırda düşdüyü vəziyyət bölgədə bu terror təşkilatı üzərindən hərəkət edən siyasi güclərin çıxış yolları axtarmağa başlaması ilə də nəticələnəcək. İŞİD fiziki olaraq xəritələrdə yer almasa da, onun terror ruhu fərqli yerlərdə yaşamağa və özünü göstərməyə imkan verəcək.



İki: Rakka Suriyanın gələcəyini müəyyən etmək üçün vacib nöqtədir, bu baxımdan, ABŞ və Rusiya üçün son hərbi hədəf idi. PKK/PYD arxasını təkcə ABŞ-a söykəmədi, həm də bazarlıq üçün önəmli “kozır”lar əldə etdi. PKK/PYD hazırda Suriyanın əhəmiyyətli torpaqlarını, içməli su mənbələrini, əkin sahələrini, elektrik enerjisini, neft və təbii qaz sahələrini idarə edir. Bütün bunların yeni silahlı toqquşmalara səbəb olub-olmayacağını bir müddət sonra öyrənəcəyik.



Üç: Rakka Türkiyə-ABŞ əlaqələrində davam edən böhranı daha da şiddətləndirə bilər. Trampın Rakka əməliyyatından sonra verdiyi açıqlamalar ABŞ-ın PKK/PYD ilə bundan sonra da münasibətlərini davam etdirəcəyini göstərir. Bu isə Ankara-Vaşinqton münasibətlərində böhranı körükləyəcək.



Dörd: Rakkanın təmizlənməsi PKK-nın “qarnizon dövlət” olmasına şərait yaratdı. Yəni, “torpağa bağlı PKK”. Bu, Türkiyə üçün yeni mübarizə strategiyası, risk və bir sıra fürsət deməkdir.



Beş: Rakkanın ələ keçirilməsi kürdlər arasındakı rəqabətdə PKK-nın əlini gücləndirdi. Həmçinin, PKK terrorunun daha da şaxələnməsi ilə nəticələnəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm