Moldova parlamentinin sədri Dodonun yerinə özünü prezident təyin etdi
Bizi izləyin

Dünya

Moldova parlamentinin sədri Dodonun yerinə özünü prezident təyin etdi

Moldova parlamentinin spikeri Andrian Kandu prezident İqor Dodonun əvəzinə dövlət başçısı səlahiyyətlərini icra edəcək.

Publika.az xəbər verir ki, A.Kandu Prezident Administrasiyasından parlamentə bütün zəruri sənədlərin daxil olacağı təqdirdə oktyabrın 24-də Eujen Sturzanın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.

Oktyabrın 20-də Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin səlahiyyətlərini icra etməkdən imtina edəcəyi təqdirdə digər vəzifəli şəxsin dövlət başçısını əvəz etməsi ilə bağlı sorğuya cavab olaraq, məhkəmə "səlahiyyətlərini icra etmək qabiliyyətində olmadığı üçün” Dodonun səlahiyyətlərinin parlament sədri və ya Baş nazir tərəfindən icrasına icazə verib.

Xatırladaq ki, dövlət quruluşuna görə, Moldova parlamentli respublikadır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm