Poroşenkonun ilk ayaq səsləri: "Su-25" və “MİQ-29”lar havaya qalxdı - VİDEO
Bizi izləyin

Dünya

Poroşenkonun ilk ayaq səsləri: "Su-25" və “MİQ-29”lar havaya qalxdı - VİDEO

Poroşenkonun ilk ayaq səsləri: "Su-25" və “MİQ-29”lar havaya qalxdı

Donetsk hava limanı uğrunda hazırda Ukrayna hərbçiləri ilə terrorçular arasında gərgin döyüş gedir.

Publika.az - ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna terrorçuluğa qarşı operativ əməliyyat qrupunun mətbuat katibi Vladislav Seleznyov “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, hərbçilər Donetsk hava limanına daxil olan terrorçulara təslim olmaq barədə ultimatum versə də, qarşı tərəfdən mənfi cavab alıb. O, bundan sonra terrorçuların mövqelərinə atəş açıldığını deyib.

V.Seleznyov terrorçulara zərbə vurmaq üçün ilk olaraq "Su-25", daha sonra isə “MİQ-29” təyyarələrindən istifadə olunduğunu bildirib.

Şahidlər də bildirir ki, Donetsk beynəlxalq aeroportu ərazisində şiddətli döyüş gedir, səmada hərbi təyyarə və vertolyotlar uçur.

Terrorçulara qarşı əməliyaytlarda “Su-25" və “MİQ-29”lardan istifadə olunması ilk dəfədir ki, müşahidə olunur. Xatırladaq ki, prezident seçkilərində qələbə qazanan Pyotr Poroşenko keçirdiyi mətbuat konfransında “yeni müharibə formatı” mesajı vermişdi.

Ölkənin şərqində terrorçuluğa qarşı əməliyyatların dayandırılmasına qarşı çıxan Poroşenko qeyd edib ki, əməliyyatın formatı dəyişdirməlidir: "Mən terrorçuluğa qarşı əməliyyatın dayandırıldığı barədə informasiyalara malik deyiləm. Əməliyyatların davam etdirilməsini dəstəkləyirəm, amma format dəyişdirilməlidir. Əməliyyatlar daha qətiyyətli və effektiv olmalı, Ukrayna əsgərləri daha yaxşı təchiz edilməli və onlar ac olmamalıdır”.

O, bildirmişdi ki, əməliyyatlar 2-3 ay davam etməməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm