Yanukoviç seçkilərin nəticələrini dəstəklədi
Bizi izləyin

Dünya

Yanukoviç seçkilərin nəticələrini dəstəklədi

Ukraynada prezident seçkilərində qalib gələn “Roşen” şokolad fabrikinin sahibi, milyarder Petro Poroşenko ilk açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Ukraynada prezident seçkilərində qalib gələn “Roşen” şokolad fabrikinin sahibi, milyarder Petro Poroşenko ilk açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Poroşenko əsas məqsədinin Krımı geri qaytarmaq olacağını bəyan edib. Krımı öz ərazisinə ilhaq edən ölkənin Rusiya rəhbərliyi və vətəndaş müharibəsi nəticəsində bu ölkəyə qaçan sabiq prezident Viktor Yanukoviç bu qələbəyə münasibət açıqlayıblar.

Viktor Yanukoviç deyir ki, keçirilən seçkilərin nəticələrinə hörmətlə yanaşır: ”Mən vətənimin ən çətin dövründə edilmiş bu seçimi dəstəkləyirəm”.

Keçmiş prezidentin fikrincə, ölkənin yeni rəhbərliyinin əsas vəzifəsi ölkədəki vəziyyəti sabitləşdirmək olmalıdır.

Ukraynada prezident seçkilərinin nəticələrinə Rusiya rəhbərliyindən də reaksiya gəlib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın şərqində anti-terror əməliyyatının bərpa edilməsi ölkənin yeni rəhbərliyinin çox böyük səhvi ola bilər. Məhz Petro Poroşenkonun səlahiyyətləri təsdiqləndiyi halda, ölkənin şərqinə qarşı bəzi ekstremist, radikal mövqelərin yenidən baş qaldırmaması üçün əlindən gələn hər şeyi edəcəyinə inanırıq.

Bu arada, Ukraynanın Donetsk şəhərindəki hava limanı öz işini dayandırıb. Yerli kütləvi-informasiya vasitələri Donetsk aeroportunun bağlanmasına səbəb kimi, oraya qondarma “Donetsk Xalq Respublikası”nın silahlı nümayəndələrinin gəlməsini görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm