Donetskin “xalq qubernatoru” dialoq üçün şərtlərini açıqladı
Bizi izləyin

Dünya

Donetskin “xalq qubernatoru” dialoq üçün şərtlərini açıqladı

Donetskin “xalq qubernatoru” dialoq üçün şərtlərini açıqladı

“Donetsk Xalq Respublikası”nın “xalq qubernatoru” Pavel Qubaryov Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb.

Publika.az - ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, “xalq qubernatoru” danışıqların başlanması üçün iki şərtin yerinə yetirilməli olduğunu bildirib.

Onun sözlərinə görə, “Donetsk Xalq Respublikası”nın müstəqilliyi tanınmalı və Ukrayna ordusunun bütün “işğal qüvvələri” Donetsk ərazisini tərk etməlidir. “Əgər Kiyev bu şərtləri qəbul edərsə, o halda danışıqlarda vasitəçilər lazım olmayacaq”, – P.Qubaryov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm