• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nigeriyada qaçırılan qızların yeri bəlli olub

  • Dünya
  • 27 May 2014 12:36
  • 803 Baxış
Nigeriyada qaçırılan qızların yeri bəlli olub

Nigeriya Ali Baş Qərargah rəisi Aleks Badeh keçən ay “Boko Haram” tərəfindən qaçırılan qızların harada saxlanıldıqlarını bildiyini deyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Ali Baş Qərargah rəisi Aleks Badeh keçən ay “Boko Haram” radikal-islam terror təşkilatı tərəfindən qaçırılan 300 qızın yerini bildiyini deyib. Badeh Abujada toplaşan və qaçırılan qızlar üçün etiraz aksiyası təşkil edən vətəndaşlara xitab edərkən “qızların harada olduğunu bilirik. Ancaq sizə deyə bilmərik. Sizə hərbi sirri verə bilmərik. Çalışırıq və qızları geri qaytaracağıq” deyib.

Xatırladaq ki, “Boko Haram” qruplaşmasının qadınları oğurlaması ilk dəfə deyil. Qrup Qərb dəyərlərini rədd edir və ölkənin şəriət qaydaları ilə idarə olunmasını tələb edir.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR