• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kiyev: “Bizi mütləq aldadacaqlar”

  • Dünya
  • 27 May 2014 13:27
  • 524 Baxış
Kiyev: “Bizi mütləq aldadacaqlar”

Ukrayna Avropa Birliyi və ABŞ-ın iştirakı olmadan Rusiya ilə danışıqları istisna edir.

Publika.az – ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk Nazirlər Kabinetinin iclasında bildirib.

O, qeyd edib ki, Avropa Birliyi və ABŞ-ın iştirakı olmadan Rusiya ilə danışıqlar qeyri-mümkündür: “Rusiya Federasiyası ilə danışıqlar mövzusunda hökumətin mövqeyi dəyişməz olaraq qalır. İndiki halda ABŞ və Avropa Birliyinin iştirakı olmadan ikitərəfli danışıqlar düşünülmür. Onlarla masada tək otursan, mütləq səni aldadacaqlar”.

Qeyd edək ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna prezident seçkilərində qələbə qazanan Pyotr Poroşenko ilə birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

“Pyotr Poroşenko bildirib ki, bizimlə dialoqa Avropa Birliyi və ABŞ-ın vasitəçiliyi ilə hazırdır. Bizə vasitəçilər lazım deyil”, – Lavrov vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR