Donetskdə 200 terrorçu öldürülüb
Bizi izləyin

Dünya

Donetskdə 200 terrorçu öldürülüb

Donetskdə 200 terrorçu öldürülüb

Donetsk vilayətində aparılan döyüşlərdə ən azı 200 terrorçu öldürülüb.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna terrorçuluğa qarşı operativ əməliyyat qrupunun zabitlərindən biri Aleksey Dmitraşkovski bildirib.

“Terrorçuluğa qarşı əməliyyatlar bütün terrorçular məhv edilənə və təslim olana kimi davam edəcək”, - ukraynalı zabit deyib.

Donetsk Şəhər Şurasının sədri Aleksandr Lukyançenko isə son gün ərzində vilayətdə gedən döyüşlərdə ümumilikdə 40 adamın öldüyünü bildirib. Onlardan 2-si dinc sakin, 38-i isə hər iki tərəfdən olan döyüşçülərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm