Ərdoğan 14 yaşlı yeniyetmənin ruhunu təhqir etdi
Bizi izləyin

Dünya

Ərdoğan 14 yaşlı yeniyetmənin ruhunu təhqir etdi

Partiyasının qrup toplantısında danışan Ərdoğan etiraz aksiyasına çıxanlara terrorçu dedi.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri R.T.Ərdoğan hazırda AKP-nin qrup toplantısında danışır. Baş nazir keçən il may-iyun aylarına təsadüf edən Gəzi hadisələri zamanı polisin atdığı bibər qazı nəticəsində başından yaralanaraq dünyasını dəyişən 14 yaşlı Bərkin Əlvan haqqında fikirlər səsləndirib.

Ərdoğan “biz yeni Burak Canların, terrora təşviq edilən yeni Bərkinlərin itib-getməsinə dözə bilmərik” deyib. Ərdoğan həmçinin son günlər İstanbul Ox meydanındakı etiraz aksiyasında ölən Uğur Qurdun adını “Ümid” olaraq ifadə edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm