Ukraynanın MDB-dəki taleyinə Ali Radada baxılacaq
Bizi izləyin

Dünya

Ukraynanın MDB-dəki taleyinə Ali Radada baxılacaq

Ukraynanın MDB-dəki taleyinə Ali Radada baxılacaq

Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması haqqında sənədlər Ali Radaya daxil olub.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Deşisa bildirib.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy də bəyan edib ki, ölkə MDB-dən çıxma prosesinə start verib: "Milli Təhlükəsizlik Şurasında qərara alınıb ki, Ukrayna nəinki MDB-də fəaliyyətini dayandırmalıdır, eyni zamanda bu təşkilatdan çıxma prosesinə start verməlidir".

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna XİN-in informasiya siyasəti üzrə departamentinin direktoru Yevgeniy Perebeynis bəyan etmişdi ki, rəsmi Kiyev MDB-də təmsilçilikdən imtina ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, MDB ilkin dövrdə 3 dövlət – Rusiya, Ukrayna və Belorus tərəfindən qurulub. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilib. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan quruma üzv olub.

1993-cü ilin ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra qurumdakı iştirakını dayandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm