Kaliforniyada məktəbdə atışma - Ölənlərin sayı artır (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Kaliforniyada məktəbdə atışma - Ölənlərin sayı artır (YENİLƏNDİ)

ABŞ-ın Kaliforniya ştatında baş vermiş atışmada ölənlərin sayı 5 nəfərə çatıb.

Publika.az xəbər verir ki, ölənlərin arasında uşaqların olub-olmadığı hələ də məlum deyil. Bununla yanaşı, hadisə zamanı yaralananların da sayı 4 nəfərə çatıb. Onlardan 3-ü uşaqlardır.

Yerli KİV atışma zamanı çoxsaylı yaralıların olduğunu bildirir. Qeyd olunur ki, məktəbliləri hadisə yerindən vertolyotla daşıyırlar.

Qeyd edək ki, ilkin məlumatda hadisənin məktəbdə baş verdiyi bildirilirdi.

***

ABŞ-ın Kaliforniya ştatında məktəbdə atışma olub.

Publika.az xəbər verir ki, bu barədə ölkə televiziyaları məlumat yayıb.

"CBS" teleşirkətinin verdiyi nəlumata görə, hadisə Red-Blaff şəhərindən cənubda baş verib. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 3 nəfər ölüb.

Hadisə zamanı habelə bir neçə nəfər də yaralanıb. Onlar arasında uşaqlar da var.

Hadisəni törədən şəxsin özü də məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm