Vəkili Rza Zərrabdan XƏBƏR ALA BİLMİR
Bizi izləyin

Dünya

Vəkili Rza Zərrabdan XƏBƏR ALA BİLMİR

Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir.

Publika.az xəbər verir ki, İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki “09135-104” seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci tarixində azad olduğu qeyd olunmuşdur.

Lakin məlumatın yanlışlıqla yayımlandığı və məhkumun həbsxanada olduğu deyilmişdir.

Məhkumun vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında, Rza Zərrabdan xəbər ala bilmədiklərini deyib: “Onun azad edildiyi, qaçırıldığı və ya hələ də həbsdə olduğuna dair məlumatımız yoxdur. 5 gündən çoxdur heç bir əlaqə yarada bilmirik.”

Xatırladaq ki, Rza Zərrabın noyabrın 27-də ABŞ-da məhkəməsi keçirələcək. Məhkəmə qabağı isə vəkili onun haqqında heç bir məlumatın olmadığını deyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm