Xəzərin suyu Urmiya gölünə axıdılacaq - Plan
Bizi izləyin

Dünya

Xəzərin suyu Urmiya gölünə axıdılacaq - Plan

Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Köçəri quşların mqirasiyası zamanı göl onların müvəqətti sığınacaq yeri olur. Davamlı quraqlıq səbəbindən göl dayazlaşır ki, bu da regionun flora və faunaya təsir göstəri

İran parlamenti Xəzər dənizindən kanal vasitəsi ilə suyun ölkənin mərkəzi ərazilərinə və Urmiya gölünə ötürülməsini nəzərdə tutan layihənin icrasına razılıq verib. Bunu İranın energetika naziri Həmid Çitçiyan deyib. Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi məlumat verir.

Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Köçəri quşların mqirasiyası zamanı göl onların müvəqətti sığınacaq yeri olur. Davamlı quraqlıq səbəbindən göl dayazlaşır ki, bu da regionun flora və faunaya təsir göstərir.

Urmiyada 32 milyard kubmetr su olmalıdır, lakin hazırda gölün suyu yarıyadək azalıb.Çitçiyan deyib ki, artıq Xəzər dənizindən suyun ötürülməsini nəzərdə tutan layihənin icrası üçün büdcədən maliyyə vəsaiti də ayrılıb.

O əlavə edib ki, Urmiya gölünün probleminin həlli məqsədilə Urmiya Gölünün Nicatı Komitəsi yaradılıb və Prezidentin birinci müavini İshaq Cahangiri həmin komitənin sədridir.

Qeyd edək ki, 2012-ci ilin aprel ayında İranın sabiq Prezidenti Mahmud Əhmədinejad Xəzər dənizindən Simnan, Yəzd, Kirman ostanlarına su kanalının çəkilməsi üzrə layihənin təməlqoyma mərasimində iştirak etmişdi. Həmin vaxt İran parlamentinin nümayəndələri və bir sıra iqtisadi ekspertlər həmin layihəni iqtisadi baxımdan səmərəli hesab etməyərək dayandırılmasını tələb etmişdilər və layihənin icrası təxirə salınmışdı.

Xəzər dənizindən Simnan, Yəzd, Kirman ostanlarına su kanalının çəkilməsi ilə 500 milyon kubmetr suyun mərkəzi şəhərlərə ötürülməsini nəzərdə tutulur. Layihənin icrası üçün 10 milyard dollara yaxın sərmayə yatırılması planlaşdırılır. İlk növbədə Xəzərin suyunun şirinləşdirilməsi məqsədi ilə istehsal gücü 200 milyon kubmetr olan zavod tikiləcək. Daha sonra boru kəməri vasitəsi ilə Xəzər suyunun şirinləşdirilərək Simnan, Qum, İsfahan əyalətlərinə ötürülməsi nəzərdə tutulur.Məlumata əsasən, layihə çərçivəsində su elektrik stansiyasının tikilməsi, suyun şirinləşdirilməsi üçün zavodun inşası, su nasos stansiyaları, elektrik enerjisi xətləri, su ötürücü borular və suyun saxlanması rezervuarlarının tikilməsi nəzərdə tutulub.

Layihənin icrasını İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") tikinti işləri ilə məşğul olan Xatəmul-Ənbiya Qərargahı öhdəsinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm