Dünya
Qondarma respublikada dövlət çevrilişinə cəhd
Qondarma Abxaziya Respublikasında dövlət çevrilişinə cəhd olub.
Bu barədə Rusiyanın "NTV" telekanalı xəbər verir. Müxalifət liderlərindən biri olan Raul Hacimba bəyan edib ki, İctimai partiyaların və hərəkatların əlaqələndirmə şurası “respublika”da hakimiyyəti müvəqqəti olaraq öz üzərinə götürür.
Ötən gün axşam saatlarında Abxaziya “prezident” administrasiyasının binası etirazçıların nəzarətinə keçib. Abxaziyanın Suxumi şəhərində korrupsiya və “hökumət”in siyasətinə qarşı keçirilən etiraz aksiyasında 10 mindən çox insan iştirak edir.
Müxalifət qondarma respublikanın lideri Aleksandr Ankvabdan istefaya getməsini tələb edib. Ankvab isə ölkədən qaçmasına dair şayiələri təkzib edərək, ölkədən çıxmaq niyyətinin olmadığını və müxalifətlə danışıqlara getmək istədiyini bəyan edib. Onun sözlərinə görə, hazırda respublikanın təhlükəsizlik şurası ilə hadisələrin gedişatına dair müxtəlif variantlar müzakirə edilir./anspress/
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ