• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Abdullah Gül: Türkiyə bundan sonra da Ukraynanı dəstəkləyəcək

  • Dünya
  • 28 May 2014 11:09
  • 373 Baxış
Abdullah Gül: Türkiyə bundan sonra da Ukraynanı dəstəkləyəcək

Türkiyə gələcəkdə də Ukraynanı, eləcə də Kiyevin problemlərinin beynəlxalq hüququn əsas normaları əsasında həlli üzrə bütün səylərini dəstəkləyəcək. Bunu Türkiyə Prezidenti Abdullah Gül deyib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər yayıb.

Gül həmçinin ukraynalı həmkarını prezident postuna seçilməsi münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri mayın 25-də keçirilib. Seçkilərdə Pyotr Poroşenko qalib gəlib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR