"Rembo" 16 yaşlı qıza təcavüzdə ittiham edilir
Bizi izləyin

Dünya

"Rembo" 16 yaşlı qıza təcavüzdə ittiham edilir

Canlandırdığı “Rembo”, “Rokki” obrazları ilə tanınan “Oskar” mükafatlı Silvestr Stallonenin 16 yaşlı qıza təcavüz etdiyinə dair iddialar İngiltərə mətbuatının gündəminə çevrilib.

Publika.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, aktyor Las-Veqasdakı keçirilən film festivalından sonra qaldığı hotelin 27-ci mərtəbəsində yetkinlik yaşına çatmayan qıza qoruması ilə birlikdə təcavüz edib.

Həmin hadisəni aktyor 40 yaşında olarkən törədib. İddiaya görə, dəhlizdə valideynlərini axtaran qız aktyor və onun qoruması Mayk De Lusa ilə qarşılaşır. “Stalone ilə birlikdə olmaq istərdinmi” sualına “Əlbəttə, istəyərəm” cavabını verən qıza otaqda təcavüz etdikdən sonra ona hədə-qorxu gəliblər ki, hadisəni heç kimə danışmasiın.

Mətbuatda yayılan xəbərləri birmənalı olaraq rədd edən Silvestr Stallone belə bir hadisənin heç vaxt yaşanmadığını deyib:

“Belə bir şey ola bilməz. Bu məsələnin kim tərəfindən ortaya atıldığını araşdırıram”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm