Yaponiya müharibə hazırlıqlarına başladı
Bizi izləyin

Dünya

Yaponiya müharibə hazırlıqlarına başladı

Yaponiya Koreya yarımadasında baş verə biləcək 2-ci müharibənin nəticələrinə hazırlaşır.

Publika.az xəbər verir ki, yerli media ölkənin müharibədən sonra təxliyə ediləcək on minlərlə insan üçün yardım, həbs mərkəzlərinin qurulması, karantin tətbiqi və agentlərə, təhlükəli insanlara nəzarət etmək üçün sorğu formaları qurmağa hazırlaşdığını yazıb.

Koreya yarımadasında çıxan müharibə nəticəsində Yapon dənizi müharibədən qaçmaq istəyən minlərlə insanın cəsədi ilə dola bilər. Bunu nəzərə alan Yaponiya sahil təhlükəsizliyini artırır və yeni limanlar açır.

Yeni planlara görə, Yaponiyaya daxil olmaq istəyən şübhəli və cinayətkar şəxslər ölkəyə buraxılmayacaq, buraxılanlar isə cənubda yerləşən Kyuçu adasına yerləşdiriləcək. Cənubi Koreyadan gələn qaçqınlar isə başqa bir nəzarət məntəqəsinə aparılacaq.

Planda diqqət çəkən detal isə Şimali Koreya agentlərinin qaçqın obrazında ölkəyə daxil ola bilmə ehtimalıdır. Yaponiya bu agentlərin ABŞ qüvvələrinə aid bazalara, yapon ordusuna və ya nüvə stansiyalarına zərər verə biləcəyindən narahatdır.

Mübahisəli açıqlamaları və qatı mühafizəkarlığı ilə tanınan Yaponiyanın baş nazir köməkçisi Taro Aso isə şimali koreyalı qaçqınların öldürülməsi ehtimalının düşünülməsini istəyib. Mediaya açıqlama verən köməkçi “onlar qanundankənar qaçqın olacaq. Silah da gəzdirə bilərlər. Terror hadisələri yaşana bilər. Bu durumda polis və ordu onları vuracaqmı? Bunun üzərində düşünməliyik” deyib.

Qeyd edək ki, Yaponiya qaçqın qəbulu mövzusunda sərt siyasəti olan bir ölkədir. Belə ki, hökumət 8000-dən çox qaçqınlıq müraciəti edən insandan sadəcə 3 nəfərin müraciətini qəbul etmişdi. Buna baxmayaraq, Vyetnam müharibəsindən qaçan 11 000 insana öz qapılarını açmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm