“Rusiya ilə birgə layihədən...” - Livana hücumların PƏRDƏARXASI
Bizi izləyin

Dünya

“Rusiya ilə birgə layihədən...” - Livana hücumların PƏRDƏARXASI

Rusiya ilə birgə qaz layihəsinin ləğv edilməsi üçün Livana təhdidlər edilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Rusiyanın paytaxtı Moskvada səfərdə olan Livan xarici işlər naziri Cibran Bassil deyib.

“Ölkəni qorxutmaq və Rusiya ilə birgə həyata keçirilməsi planlaşdırılan təbii qaz layihəsindən imtina edilməsi məqsədilə Yaxın Şərqdə Livana qarşı kampaniya aparılır”, - livanlı diplomat bildirib.

Xatırladaq ki, Livanın baş naziri Saad Həriri Səudiyyə Ərəbistanına gözlənilməyən səfəri zamanı – noyabrın 4-də vəzifəsindən istefa edib. Bu, regional gərginliyin artdığı bir vaxt, ölkədə qeyri-müəyyənlik yaradıb.

O, ərəb məsələlərinə qarışdıqları üçün İran və Livanın “Hizbullah” qrupuna qarşı tənqidi fikirlər səsləndirib və “İranın regiondakı qollarının kəsiləcəyini” deyib.

Həriri Tehranı regionda xaos, nifaq yaymaqda və dağıntılara səbəb olmaqda günahlandırır. Baş nazir bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: "Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır".

“Hizbullah” təşkilatı ilə hesab edir ki, Səudiyyə Ərəbistanı Livanı müharibə meydanına çevirmək istəyir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm