• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sevgilisini öldürən çempion dəlixanaya göndərildi

  • Dünya
  • 28 May 2014 14:25
  • 516 Baxış
Sevgilisini öldürən çempion dəlixanaya göndərildi

Sevgilisini Reva Stenkampı öldürməkdə ittiham edilərək həbs edilən paralimpiya üzrə altıqat dünya çempionu Oskar Pistorius müayinə üçün psixiatriya klinikasına aparılıb.


ANS PRESS-in məlumatına görə, Cənubi Afrika Respublikasının (CAR) məhkəməsi onun psixi vəziyyətinin Pretoriyadakı klinikada yoxlanılmasını barədə qərar çıxarıb.


Oskar Pistoriusun müdafiə şahidi həkim-psixiatr, məşhur paralimpiyaçının nevrozun ağır formasında əziyyət çəkdiyini və məhz bunun qətl hadisəsinə səbəb olduğunu bildirmişdi.

Prokuror hazırda Pistoriusun psixi vəziyyəti haqqında rəsmi arayış tələb edir ki, onun gələcəkdə appelyasiya şikayəti etməsinə imkan yaransın.


Növbəti məhkəmə prosesi iyun ayının 30-na təyin edilib.

Xatırladaq ki, idmançı 2013-cü ilin fevralında sevgilisini öldürüb. Müdafiə tərəfi Pistoriusun qadını qəsdən güllələmədiyini, onu qarətçi ilə səhv saldığını iddia edir. Altıqat çempionun günahı təsdiqlənənsə onu ömürlük həbs cəzası gözləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR