Dünya
Məkkədə biabırçılıq (FOTO)
Bütün müsəlmanlar üçün müqəddəs məkan olan Məkkədə misli görünməmiş biabırçılıq yaşanıb.
Məkkə şəhərindəki Kəbədə, zəvvarların təhlükəsizliyin təminatı üçün xüsusi vəzifəyə görəvləndirilmiş polis zabitlərindən biri Kəbə divarına söykənib, ayağını da müqəddəs Kəbəyə qoyub.
Bu olayın fotoşəkili sosial şəbəkələrdə yayılandan sonra çox böyük qalmaqal qopub.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Məkkə əmiri Məşal bin Abdulla bin Əbdüləziz olayın araşdırılması ilə bağlı Səudiyyə Ərəbistanının Prokurorluğuna göstəriş verib.
"Bu polis zabitinin davranışı tərbiyəsizlik, qəbuledilməz
hadisədir. Müsəlmanların müqəddəs məkanında hər kəs ədəbli
davranmalıdır", - Məkkə əmiri bildirib.
Ərəblərdə kimisə ən ağır şəkildə təhqir etmək istəyən adam ya ayaqqabısını ona atır, ya da ayaqqabısını çıxarıb onu döyür. Ayaqqabının harasa qoyulması o yerin aşağılanması, təhqiri kimi qəbul olunur.
Milli.Az Arab News-a istinadən bildirir ki, Məkkənin polis rəisi, general-mayorƏbdüləziz əl Səuli Kəbədəki biabırçı olayla bağlı araşdırmanın başladığını bildirib:
"Bu insidenti qətiyyətlə pisləyirik. Həmin zabitə qarşı sərt
inzibati, qanun çərçivəsində nəzərdə tutulmuş tədbirlər
görüləcək".
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır