Diplomatlar İtaliyada yoxa çıxdı
Bizi izləyin

Dünya

Diplomatlar İtaliyada yoxa çıxdı

Yunanıstanın Gümülcinə şəhərində işləyən türkiyəli diplomat Davud Ocaq həyat yoldaşı Dərya Ocaqla birlikdə yoxa çıxıb.

Publika.az xəbər verir ki, iddialara görə onlar 14 noyabr tarixində motorlu qayıqla İqumeniça limanından İtaliyaya gedib. O gündən etibarən onların heç birindən xəbər yoxdur.

Ocaq cütlüyünün 2 övladını özləri ilə aparıb-aparmadıqları isə məlum deyil.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Xarici İşlər Nazirliyi Davud Ocağın Ankaraya geri qayıtmasını istəmişdi. Lakin Gümülcinə əyalətində konsul vəzifəsində işləyən D.Ocaq geri qayıtmamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm