Rusiya yeni hərbi təyyarələri sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Rusiya yeni hərbi təyyarələri sınaqdan keçirdi

Rusiya tərkibində yenilənmiş radar stansiyası olan “A-100 Premier” təyyarəsini ilk dəfə sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə müdafiə nazirinin köməkçisi Yuri Borisov məlumat verib.

Onun bildirdiyinə görə, təyyarələrin ilk satışı 2019-cu ildə başlanacaq.

Qeyd edək ki, “A-100 Premier” təyyarələri havadakı hədəflərinin yerini təsbit edib onlarla birgə uçuş həyata keçirə bilir. Həmçinin, bombardman təyyarələrinin havadakı, qurudakı və sudakı hədəflərinə də yönlənə bilir.

Sözügedən təyyarələrin daxilində bilgilərin ötürülməsini təmin edən radar stansiyası da mövcuddur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm