Trampın özəl təmsilçisi Suriyaya səfər etdi - - FOTO
Bizi izləyin

Dünya

Trampın özəl təmsilçisi Suriyaya səfər etdi - - FOTO

ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizədə xüsusi təmsilçisi Bred Makqark Suriyanın Rakka şəhərinə səfər edib.

Publika.az xəbər verir ki, təmsilçi 17 oktyabr tarixində İŞİD-dən təmizlənən Naim şəhər meydanını ziyarət edib. O, şəhərin yenidən inşa edilməsi, dağıntıların təmzilənməsi və elektrik, infrastruktur xidmətləri ilə bağlı amerikalı işçilərdən məlumatlar alıb.

B.Makqark sosial media hesabından səfər fotolarını paylaşıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm