Ukraynada qarşıdurma - 20-dən çox polis yaralandı
Bizi izləyin

Dünya

Ukraynada qarşıdurma - 20-dən çox polis yaralandı

Ukraynanın Odessa şəhərində çoxmərtəbəli binanın tikintisinə qarşı çıxan etirazçılarla polis əməkdaşları arasında baş verən toqquşma nəticəsində 20-dən çox qanun keşikçisi yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli Milli Polisin regional idarəsinin məlumatnda bildirilir.

"Bu gün Şəhər bağında "Bizim yay teatrımız"ın üzvlərinin aksiyası zamanı 20-dən çox polis əməkdaşı xəsarət alıb. Hüquq-mühafizə orqanları əməkdaşları "baş beyinin silkələnməsi", "qançır", "zədələnmə", "dərinin kimyəvi yandırılması", həmçinin "kimyəvi mənşəli konyunktivit" diaqnozları ilə tibbi yardım üçün müraciət ediblər", - deyə məlumatda bildirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm