Pekində güclü yanğın: 19 ölü
Bizi izləyin

Dünya

Pekində güclü yanğın: 19 ölü

Pekində yanğın nəticəsində 19 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ötən gün saat 18.00 radələrində Dasin rayonu Sintszyan qəsəbəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını söndürə biliblər.

Məlumata görə, yanğın qanunsuz sənaye istehsalat müəssisəsində baş verib, hadisədə günahı olduğu ehtimal edilən şəxslər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm