“NATO-ya etibar ciddi suallar doğurur”
Bizi izləyin

Dünya

“NATO-ya etibar ciddi suallar doğurur”

"NATO-ya etibar ciddi suallar doğurur".

Publika.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Alyansın havadan müdafiə sahəsində Ankaraya yardım etməkdən imtina etməsini şərh edərkən bildirib.

"NATO-ya etibar, ümumilikdə, Alyansda ciddi suallar doğurur", - deyə Ərdoğan qeyd edib. Prezident xatırladıb ki, Suriya ərazisindən gələn təhdidlərin şiddətləndiyi dövründə NATO "Patriot" zenit-raket sistemlərini Türkiyə ərazisindən çıxardıb və Türkiyənin hücuma məruz qalacağı təqdirdə Ankaraya dəstək verməyəcəyini bildirib.

"Belə olacağı təqdirdə Türkiyə havadan müdafiə sisteminin möhkəmləndirilməsi məqsədi ilə Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasına dair danışıqlara başlayıb. Məhz o zaman NATO-ya üzv olan bəzi aparıcı dövlətlər Ankaranı tənqid etməyə başladı. Bu NATO-nun daxilində problemlərin olduğunu təsdiqləyir", - deyə Ərdoğan qeyd edib.

O, bir daha ABŞ-ın Suriyadakı hərəkətlərini pisləyib: "İŞİD-lə mübarizə adı altında PYD terrorçularına siyasi dəstək verilir, onlar silahlandırılır və maliyyələşdirilir. Rəqqada iki terror qruplaşması arasında sövdələşmə ifşa edildikdən sonra ABŞ yüzlərlə İŞİD terrorçusunun bölgəni maneəsiz tərk etməsindən məlumatlı olduğunu etiraf edib. Bu Türkiyənin müttəfiqlərinə yaraşmayan rüsvayçı etirafdır. Ankara bölgənin reallıqlarından çox gözəl məlumatlıdır. Sual başqadır: ABŞ yürütdüyü siyasətin fəsadlarını dərk edirmi?", - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə İdlibdəki əməliyyatı başa çatdıracaq, həmçinin, PYD-nin nəzarətində olan Afrin və Manbic rayonlarını terrorçulardan azad edəcək, habelə İraqın şimalında PKK bazalarının yerləşdiyi Kandil dağlarına da zərbələr endirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm