Katalon siyasətçilərin həbsini istəyən baş prokuror Argentinada öldü
Bizi izləyin

Dünya

Katalon siyasətçilərin həbsini istəyən baş prokuror Argentinada öldü

İspaniyanın baş prokuroru Xose Manuel Maza Argentinada dünyasını dəyişib.

Publika.az xəbər verir ki, o, Argentinaya beynəlxalq tədbirdə iştirak üçün gedibmiş. Qəfildən halı pisləşən prokuror xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mazanın böyrək infeksiyasından dünyasını dəyişdiyi açıqlanıb.

Baş prokuror Kataloniya müstəqilliyini elan edəndən sonra Karles Puçdemon və 4 nazir haqqında həbs qərarı tələb etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm