Məşhur müğənni iflic oldu
Bizi izləyin

Dünya

Məşhur müğənni iflic oldu

Dünyaca məşhur 74 yaşlı müğənni Tina Turnerin vəziyyəti pisləşib.


ANS PRESS-in məlumatına görə, ifaçının sürücüsü Albert açıqlamasında bildirib ki, Tina iflic keçirib və bu səbəbdən istirahət planlarını təxirə salıb. İllərdir həm yaxın dostu, həm də sürücülüyünü edən Albert hal-hazırda müalicə olunan dünya ulduzunun ağır iflic keçirmədiyini vurğulayıb:


"Ən yaxın insanım Tina Turnerin halı birdən birə pisləşdi. Onu xəstəxanaya çatdırmalı olduq, hazırda orada ciddi mülicə olunur. Ona çox gəzmək olmaz. Buna görə də planlarını təxirə salmalı oldu, buna baxmayaraq guman edirik ki, yaxın zamanda ulduzumuz bizim yanımıza qayıdacaq".


Qeyd edək ki, Sürix gölü kənarında yerləşən evində sevgilisi Erşin Baç ilə sakit və hər kəsdən kənar həyat tərzi keçirən T.Turnerin iflic keçirməsi yaxınlarını və pərəstişkarlarını üzüb.
Xatırladaq ki, müğənni fevral ayında da belə bir hadisə ilə üzləşmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm