Türkiyə Paris razılaşmasına qarşı: Nazirdən ilginc - AÇIQLAMA
Bizi izləyin

Dünya

Türkiyə Paris razılaşmasına qarşı: Nazirdən ilginc - AÇIQLAMA

Almaniyanın Bonn şəhərində bu il 23-cü dəfə təşkil olunan BMT İqlim Dəyişikliyi Konfransında Türkiyənin gündəmə gətirdiyi tələblər qəbul edilməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıda Türkiyəni Tikinti və Şəhərsalma naziri Məhməd Özhasekinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Ankaranın təklif etdiyi 3 maddəlik sənəd qəbul edilməyincə, türk nümayəndə heyəti danışıqları tərk edib.

Bununla bağlı Özhaseki özü açıqlama verib:

"2 əsas mövzu var. Birincisi 100 milyon dollarlıq Yaşıq İqlim Fondu adı verilən layihədir. Kim pul verəcək, kim alacaq? Əsas məsələ budur. İndi bizi pul verən ölkə kimi təqdim edirlər. Biz inkişafda olan ölkə olduğumuz üçün pul alan ölkə olmalıyıq. İkinci məsələ isə iqliyim çirkləndirmənin 0,7 faizi bizim payımıza düşür. Bu kiçik rəqəmə baxmayaraq, onlar bizdən karbon idxalın azaltmağımızı istəyir. Biz onlara tələblərimiz yerinə yetirilməyənə qədər Paris razılaşmasına qarşı olacağımızı bildirdik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm