NASA itkin düşən sualtı qayığın axtarışına başladı
Bizi izləyin

Dünya

NASA itkin düşən sualtı qayığın axtarışına başladı

Argentinada 4 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı qayığın axtarışarı davam edir.

Axar.az xəbər verir ki, qayığın axtarışlarına ABŞ və İngiltərədən kömək göndərilib.

Məlumata görə, həmçinin NASA “P-3 Orion” kəşfiyyat təyyarəsini axtarışlara dəstək üçün göndərib. Donanma qanunlarına əsasən, rabitə əlaqəsi olmayan bir sualtı qayığın su üzünə çıxması şərt sayıldığı üçün, axtarış əməliyyatları okean səthində davam etdirilib.

Qeyd edək ki, Argentina Hərbi Dəniz Donanmasına məxsus sualtı qayıq 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm