Dayə uşağı manyaka hədiyyə etdi
Bizi izləyin

Dünya

Dayə uşağı manyaka hədiyyə etdi

Bu cinayət Britaniyanı şoka salıb. Onillərlə polisdə və məhkəmədə çalışanlar belə, olaydan şoka düşdüklərini deyirlər.

Çünki baş verənlər tükürpədici hadisədir.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Kardiff şəhərinin həndəvərindəki Roaz şəhərciyində yaşayan Kler Simmens dayəlik edirdi.

O, Aaron Hyuz adlı şəxsə vurulmuşdu. Fəqət, Klerin bütün səylərinə rəğmən, Aaron onun "eşq"ini cavabsız qoyurdu.

Klersə Aarona ərə getmək, ailə qurmaq istəyirdi.


Məqsədə çatmaq üçün o, sonucda çox çirkin yol seçdi.

28 yaşlı Kler Simmens dörd ay əvvəl 32 yaşlı Aaronla parkda gəzişəndə yenə də "münasibətlərin rəsmiləşdirilməsi"ndən danışırdı.

Bu dəm Aaron dayanıb və deyib: "Kler, əgər məni, gerçəkdən də, sevirsənsə, dayəlik etdiyin uşaqlardan biri ilə vaxt keçirməyimə imkan yarat. Mən uşaqları sevirəm, onlarla oynamaq istəyirəm. Gələcək övladımızı da sevəcəyəm".


Kler kövrəlib və dediyinə görə, bu sözlər onu "riqqətə gətirib".

Bunu Kler Simmens məhkəmədə söyləyib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kler Simmens dayəlik etdiyi 3 yaşlı oğlanı sevgilisi Aaron Hyuza verib.

A.Hyuz da 3 yaşlı uşağı zorlayıb, bu iyrənc səhnələri videoya çəkib.

İstintaq materiallarına görə, A.Hyuz həmin anda narkotik maddə də qəbul edibmiş.


6 ay sonra internetdə pedofil saytlardan birində fotolar yerləşdirdiyinə görə polisin izinə düşdüyü və evində axtarış aparanda kompüterində 3 yaşlı oğlanın zorlanma səhnələrinin əks olunduğu fotolarla videonu tapmasından sonra Aarpon Hyuz Kler Simmenslə birlikdə qaçaraq aradan çıxmağa çalışıblar.


Prokuror Lourens Clons deyib: "Aaron Hyuz sevgilisi Kler Simmensin dayəlik etdiyi iki uşağı zorlayıb. 3 yaşlı oğlanı zorlayanda o, uşaq qışqırmasın deyə qurbanına zorla narkotik maddə yedirdib".

Məhkəmənin qərarına görə, Aaron Hyuz ömürlük, Kler Simmens isə 16 illik həbs cəzası alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm