Atadan qızına qarşı DƏHŞƏTLİ ƏMƏL - Yatdığı yerdə...
Bizi izləyin

Dünya

Atadan qızına qarşı DƏHŞƏTLİ ƏMƏL - Yatdığı yerdə...

Əri ilə boşanma ərəfəsində olan qız uşaqlarını ata evinə qoyaraq 1 həftə yoxa çıxıb. Yoldaşı həbs edilən qızına dəstək olmaq istəyən ata qızını yola gətirərək evə qaytarıb.

Publika.az xəbər verir ki, 50 yaşlı İsmayıl Sərbəst 2 uşaq anası olan 19 yaşlı qızı Ümmügül Mələyi uşaqlarını atdığına görə bağışlaya bilməyib. Qəzəbli ata gecə hər kəs yatdıqdan sonra qızının otağına girərək onu yatdığı yerdə şalı ilə boğaraq öldürüb.

Dəhşətli hadisə Türkiyənin Sakarya bölgəsində qeydə alınıb. Qızını öldürən ata daha sonra polisə zəng vuraraq “qızımı öldürdüm, gəlin, məni aparın” deyə təslim olub.

Evə gələn polislər İ.Serbesti polis bölməsinə aparıblar. 19 yaşlı qızın cəsədi isə eskpertizaya göndərilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm