Platin dövr: Evliliyinin 70 illiyini qeyd edən Britaniya kraliçası - FOTO
Bizi izləyin

Dünya

Platin dövr: Evliliyinin 70 illiyini qeyd edən Britaniya kraliçası - FOTO

Böyük Britaniya kraliçası və əri evliliklərinin 70-ci ildönümünü qeyd edir. Vindzor sarayında keçiriləcək təmtəraqlı mərasimdə cütlüyün yaxın ətrafı və ailə üzvləri - 4 övladı, 8 nəvəsi və 5 nəticəsi iştirak edəcək.

Publika.az xəbər verir ki, 91 yaşlı kraliça İkinci Yelizaveta və 96 yaşlı şahzadə Filippin evliliklərinin 70-ci ildönümü münasibəti ilə Bukinqhem sarayında onların yeni nəhəng portreti asılıb.

Məclisin menyusunun bir hissəsi Kral xəstəxanasına, təqaüdçülərə, qocalar evi və xeyriyyə təşkilatlarına göndərilib.

Xatırladaq ki, cütlük 1947-ci il noyabr ayının 20-də Vestminstr abbatlığında ailə qurublar. Bu Birləşmiş Krallığın tarixində ən uzunömürlü nikah hesab edilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm