Yük maşını ilə avtobus toqquşdu - 17 ölü, 5 yaralı
Bizi izləyin

Dünya

Yük maşını ilə avtobus toqquşdu - 17 ölü, 5 yaralı

Pakistanda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, ölkənin cənub istiqamətində yerləşən Sind əyalətinin Xayrpur şəhəri yaxınlığında ağır yol qəzası qeydə alınıb.

Ranipur-Sikkur marşrutu üzrə hərəkət edən kömür daşıyan yük maşını ötməyə icazə verilməyən yolda sərnişin avtobusunu ötməyə çalışarkən qəza törədib.

Hadisə nəticəsində 17 nəfər həlak olub, 5 nəfər isə ağır yaralanıb.

Polisin verdiyi ilkin məlumatlara görə, qəzaya kömür daşıyan yük maşınının idarəetməni itirməsi səbəb olub.

Xayrpur mərkəzi xəstəxanasından verilən məlumata görə, qəzada yaralanan 5 nəfərdən 2-nin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm