Ulduz müharibəsi GERÇƏKLƏŞİR - - FOTO
Bizi izləyin

Dünya

Ulduz müharibəsi GERÇƏKLƏŞİR - - FOTO

Məşhur "Star Wars" (Ulduz müharibəsi) filmi gerçək olur. Yeni nəsil görünməz hərbi təyyarələr istehsal ediləcək.

Publika.az xəbər verir ki, ABŞ-ın sabiq hərbi pilotu Meyrs Kepanter radara düşməyən hərbi təyyarələr haqqında layihə irəli sürüb.

Məqsəd hazırda yarasanı xatırladacaq şəkildə dizayn edilən "F-117 Nighthawk" və "F-22 Raptor" tipli təyyarələrini daha da təkmilləşdirərək, hərbi təyyarə istehsalında liderliyini qoruyan Rusiya Federasiyasını geridə qoymaqdır.

"B-21" adlandırılan hərbi təyyarələr Los Ancelesdə yerləşən müəssisələrdə istehsal ediləcək. Bir ədəd gözəgörünməz hərbi təyyarənin hazırlanmasına nə az, nə çox, düz 550 milyon dollar vəsait lazım olacaq. Müəssisəyə 2019-cu ilə qədər 5 mindən çox işçi qüvvəsi cəlb ediləcək.

Pentaqon 100 ədəd yeni nəsil "B-21" hərbi təyyarəsi istədiyini bildirib. Layihənin 2030-cu ilə qədər yekunlaşacağını bildiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm