3 milyon yəmənli içməli su tapa bilmir
Bizi izləyin

Dünya

3 milyon yəmənli içməli su tapa bilmir

Yəmənin paytaxtında insanlar su kəmərində yaranan problem səbəbindən içməli su tapa bilmirlər.

Publika.az xəbər verir ki, Səna şəhəri və Əl-Bayda əyalətinin eyniadlı mərkəzi Yəməndə təmiz su olmayan yaşayış məntəqələrinin siyahısına düşüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İolanda Jakmeyin mətbuata verdiyi açıqlamaya görə, artıq burda da içməli su tapmaq olmayacaq:

"Səna və Əl-Bayda şəhərləri də qara siyahıya düşüb. Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən mühasirəyə aldığı su kəmərinin nasoslarında yanacaq bitdiyi üçün işi dayanıb. Stansiyalara yanacaq vurulmazsa, insanlar təmiz sudan məhrum olacaqlar”

Ölkənin ən çox insan olan şəhərlərində təxminən 3 milyon yəmənli içməli su tapa bilmir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm