Bəşər Əsəd Soçidə Putinlə görüşdü - - FOTO
Bizi izləyin

Dünya

Bəşər Əsəd Soçidə Putinlə görüşdü - - FOTO

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Publika.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən yayımlanan məlumata görə, Putin işgüzar səfər çərçivəsində Rusiya Federasiyasında olan Suriya rəhbəri ilə Soçidə görüşüb.

Görüşdə Rusiya prezidenti Bəşər Əsədi Suriya ordusunun terrorçularla mübarizədə qazandığı uğurlara görə təbrik edib.

Bəşər Əsəd isə öz növbəsində Vladimir Putinə təşəkkür edərək, suriyalıların öz yurdlarına qayıtmalarında Rusiyanın böyük rolu olduğunu qeyd edib. Suriya prezidentinin sözlərinə görə, Rusiyanın keçirdiyi əməliyyatlar nəticəsində dünya ölkələrinin Suriya üzərində oynadığı siyasi oyunlar nizama salındı.

Son olaraq Putin qeyd edib ki, Suriya xalqı terrorla mübarizədə mütləq qalib gələcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm