Bu ölkə namazı qadağan etdi
Bizi izləyin

Dünya

Bu ölkə namazı qadağan etdi

Fransada küçədə namaz qılmaq qadağan edilib.

Publika.az xəbər verir ki, Fransa daxili işlər naziri Cerard Kollomb polisin küçələrdə namaz qılanlara əngəl olacağını bildirib:

“İnsanların küçədə namaz qılmalarının və dua etmələrinin qarşısını alacağıq. Gələcək bir neçə həftədə bu problemin həllinə nail olacağıq”.

Nazir müsəlmanların ibadətlərini küçələrdə deyil, bunun üçün ayrılan məkanlarda etməsini daha məqsədəuyğun sayıb.

Qeyd edək ki, müsəlmanlar Parisdə bir məscidin bağlanmasına etiraz etmək məqsədilə bələdiyyə binasının önündə küçədə namaz qılmağa başlayıblar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm