Rza Zərrabın işi ilə bağlı məhkəmə 2 saatlıq GİZLİ İCLAS keçirdi - QƏRAR
Bizi izləyin

Dünya

Rza Zərrabın işi ilə bağlı məhkəmə 2 saatlıq GİZLİ İCLAS keçirdi - QƏRAR

Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da keçiriləcək məhkəməsi təxirə salınıb.

Publika.az xəbər verir ki, məhkəmə prosesində iştirak edəcək jüri heyətinin seçimi 27 noyabr, məhkəmə prosesi isə 4 dekabr tarixinə təyin edilib.

Qərar hakimlərin və vəkillərin qatıldığı 2 saatlıq gizli iclasda qəbul edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri -Türkiyənin “Xalqbank” bankının müdir köməkçisi Mehmet Hakan Atilla iştirak edib. Lakin Rza Zərrab məhkəmə iclasına gətirilməyib.

Qeyd edək ki, Rza Zərrab və Mehmet Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm