“Şouşenkdən qaçış” filmi real oldu: 20 uyğur həbsxanadan belə qaçdı
Bizi izləyin

Dünya

“Şouşenkdən qaçış” filmi real oldu: 20 uyğur həbsxanadan belə qaçdı

Taylandın cənubundakı Sonqkla şəhərində yerləşən bir həbsxanada film kimi qaçış əməliyyatı gerçəkləşib.

Publika.az xəbər verir ki, şəhərin həbsxanasında 2014-cü ildən etibarən cəza çəkən 25 uyğur məhbus tunel qazaraq qaçmağa cəhd edib. Polis məhbuslardan 5 nəfərini yaxalamağa nail olub, ancaq digərləri qaçmağı bacarıb.

Həbxsananın nəzarətçisi Seksan Kaevsavanqın verdiyi məlumata görə, fərarilər hamam otağındakı divardan dəlik açaraq binadan çıxıblar. Onlar Malayziya ilə sərhəddəki tikanlı maneələri aşmaq üçün adyallardan istifadə ediblər. Polis Malayziyaya getdikləri ehtimal edilən məhbusların tapılması üçün həmin ölkə ilə işbirliyinə girib.

2014-cü ildən bəri Taylandda cəza çəkən uyğurların rəsmi şəxsiyyət vəsiqələri olmadığı üçün kim olduqları dəqiq bilinmir.

Son illərdə Çinin Şincan əyalətində yaşayan müsəlman uyğurlar Çinin onlara təzyiq göstərdiyini bildirir və ölkədən qaçırlar. Qaçqınların əksəriyyəti də Tayland vasitəsilə Malayziyaya keçməyə çalışır. Taylandlı polislər isə qaçqınları həbs edərək Çinə geri göndərir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm