Poroşenko ABŞ-dan kömək istədi
Bizi izləyin

Dünya

Poroşenko ABŞ-dan kömək istədi

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ABŞ-dan hərbi yardım istəyib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın yeni prezidenti The “Vaşinqton Post”a müsahibəsində söyləyib.

Poroşenko bildirib ki, Ukrayna sonadək müstəqilliyi uğrunda mübarizə aparmağa hazırdır:

“İndiki mərhələdə Ukraynanın müstəqilliyini qorumaq üçün ölkəmizin ABŞ-ın hərbi yardımına ehtiyacı var. Biz müstəqilliyimiz üçün mübarizə aparmağa hazırıq. Bunun üçün də biz Ukraynanın silahlı qüvvələrini möhkəmləndirməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm