Ölüm xofu Putini mühafizəsini dəyişməyə məcbur etdi
Bizi izləyin

Dünya

Ölüm xofu Putini mühafizəsini dəyişməyə məcbur etdi

Son iki ayda Rusiya prezidenti Vladimir Putin demək olar ki, özünün mühafizə xidmətini dəyişib. Federal Mühafizə Xidməti (FMX) ilə yanaşı prezidenti Almaniya və Belorusdan gətirilmiş mühafizəçilər də qoruyurlar.

Axar.az xəbər verir ki, bu barədə Federal Mühafizə Xidmətinin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib.

“Putin ğzünün Novo Oqoryovodakı iqamətgahından naməlum istiqamətə gedib. Putini öldürmək istəyirlər, mən buna əminəm. Rusiya prezidentini minə yaxın mühafizəçi (snayperlər, sürücülər, oxşarlar, aşpazlar və başqaları) qoruyurdu. Putinin təhlükəsizlik xidməti mükəmməl təşkil olunmuşdu. Adama elə gəlirdi ki, onu yarmaq olmaz. Prezident FMX-nin əməkdaşlarının əksəriyyətini ixtisar edib. Onların yerini Almaniya və Belorusdan gətirilmiş mühafizəçilər tutur”, - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, bunun əsl səbəbi Putinə olan sui-qəsd ehtimalının yüksək olmasıdır: “Yalnız Putinin öldürülməsi haqda danışırlar. Bir vaxtlar Brejnev də mühafizə yerdəyişməsi etmişdi. Vladimir Vladimiroviç kortejinin marşrutunu dəyşdirib və ehtiyat avtopark yaradıb. O, həmin avtoparkın mühafizəsini gücləndirib və elə təsəvvür yaradıb ki, ona sui-qəsd edənlər prezidentin yeni kortejdə getdiyini fikirləşsinlər”.

Onun sözlərinə görə, hazırda Putin Novo Oqoryovodakı iqamətgahından çıxıb və onun hara getdiyini yalnız yaxın ətrafı bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm