Azərbaycanlı milyarder Fransada saxlanıldı
Bizi izləyin

Dünya

Azərbaycanlı milyarder Fransada saxlanıldı

Rusiya Federasiya Şurasının üzvü, Azərbaycan əsilli Rusiya milyarderi Süleyman Kərimov Fransanın Nitsa şəhərinin aeroportunda saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Fransadakı səfirliyinin nümayəndəsi “RİA-Novosti” agentliyinə bildirib. O, hazırda polis bölməsindədir. Vilfranş-syur-Merdəki Rusiya baş konsulluğunun əməkdaşları senatorla görüşə biliblər.

Səfirliyin nümayəndəsi Kərimovun saxlanılmasının səbəbini dəqiqləşdirməyib. “Biz yerli hakimiyyətlə daimi əlaqədəyik və onun azad olunmasına çalışırıq”, - o deyib.

KİV-in xəbərlərinə görə, senatoru vergilərin ödənilməməsi haqqında iş üzrə saxlaya bilərlər. Federasiya Şurasından bildiriblər ki, vəziyyəti nəzarətdə saxlayacaqlar.

Qeyd edək ki, Kərimov 2008-ci ildən Federasiya Şurasında Dağıstanı təmsil edir. Senator sahibkarlıq fəaliyyəti ilə fəal məşğuldur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm