Dövlət Departamentindən Tillersona qarşı yeni ittiham
Bizi izləyin

Dünya

Dövlət Departamentindən Tillersona qarşı yeni ittiham

ABŞ Dövlət Departamentinin bir neçə vəzifəli şəxsi dövlət katibi Reks Tillersona qarşı federal qanunu pozmaq barədə rəsmi ittiham irəli sürüb. Qanun başqa ölkələrin silahlı qüvvələrinin öz hərbi qulluqçularının sıralarını yetkinlik yaşına çatmayan əsgərlər hesabına genişləndirmələrinin qarşısının alınmasını nəzərdə tutur.

Bu barədə məlumatı ABŞ-ın daxili dövlət sənədlərinə yol tapan “Reuters” agentliyi yayıb. Materialda qeyd edilir ki, “başqa cür düşünmə” adlı məxfi xidməti sənədə görə, Reks Tillerson guya “Hərbi xidmətkeçmə üçün uşaqlardan istifadə olunmasının qarşısının alınması haqqında” Qanunu pozub, çünki İraq, Myanma və Əfqanıstanı əsgər uşaqlardan istifadə olunması barəsində ABŞ qanununu pozanlar siyahısından çıxarmaq barədə qərar qəbul edib.

Halbuki Dövlət Departamenti artıq açıq şəkildə elan edib ki, bu ölkələrdəki yetkinlik yaşına çatmayanlar hərbi xidmətə çağırılırlar.

ABŞ Dövlət Departamentinin hər il dərc etdiyi bu siyahıdan müəyyən ölkələrin adlarının çıxarılması ABŞ-ın həmin ölkələrə hərbi yardım göstərməsi prosesini sadələşdirir. İraq və Əfqanıstan silahlılara qarşı mübarizədə Birləşmiş Ştatların yaxın müttəfiqləridir, Myanma isə ABŞ siyasətinə müvafiq olaraq, Çinin Cənub-Şərqi Asiyaya təsirini tarazlaşdırmaq üçün yeni müttəfiqdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm