Tbilisidə anti-terror əməliyyatı davam edir, yaralılar var - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Tbilisidə anti-terror əməliyyatı davam edir, yaralılar var - VİDEO - (YENİLƏNDİ)

Tbilisinin İsani-Samqor rayonunda keçirilən antiterror əməliyyatı zamanı binadan təhlükəsizlik əməkdaşlarına atəş açan şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, şübhəli şəxsin kimliyi haqqqında məlumat gizli saxlanılıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi məlumatına görə, terror törətməkdə şübhəli bilinən şəxs Gürcüstan vətəndaşı deyil:

"Hazırda onun kimliyini açıqlamaq istəmirik. Onu deyə bilərik ki, həmin şəxs Gürcüstan vətəndaşı deyil. Xarici terror qruplaşmalarından birinin üzvüdür."

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan atışmada yaralanan xüsusi təyinatlı xəstəxanaya yerləşdirilib.

Ölən və yaralananlar haqqında dəqiq məlumat verilmir.

Hazırda İsani-Samqor rayonuna zirehli texnika gətirilir. Ərazi hələ də mühasirədə saxlanılır. Xüsusi təyinatlılar terrorçuların gizləndikləri 9 mərtəbəli binanı partladacığından şübhələnirlər.

***

Tbilisinin İsani-Samqor rayonunda axşamdan başlayan anti-terror əməliyyatı davam etdirilir. Hadisə yerindən hələ də atışma və partlayış səslərinin eşidildiyi bildirilir.

Publika.az “RİA Novosti” istinadən xəbər verir ki, xüsusi təyinatlılar hadisədə şübhəli bilinən şəxslərin olduğu ehtimal edilən binaya girməyə hazırlaşırlar.

Xarici KİV-in yayımladığı məlumata əsasən,atışma davam edir: “ Şübhəli şəxslərin olduğu binaya daxil olmaq üçün əməliyyatlar keçirilir. Binada partlayıcıların olduğundan ehtiyat edən təhlükəsizlik əməkdaşları ətrafdakı insanları uzaqlşadırmağa çalışır”.

Xüsusi əməliyyatla əraziyə yaxın binalardakı sakinlər təcili surətdə təxliyə edilib.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına atəş açılıb. Yaralıların olduğu bildirilib.

***

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.

Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib. “Rustavi-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm