İstefa verən baş nazir ölkəsinə qayıtdı
Bizi izləyin

Dünya

İstefa verən baş nazir ölkəsinə qayıtdı

Səudiyyə Ərəbistanında noyabrın 4-də tarixində Livanın baş naziri postundan istefa verdiyini açıqlayan Saad Həriri bu qərardan 17 gün sonra ölkəsinə qayıdıb.

Publika.az xəbər verir ki, keçmiş baş nazir noyabrın 22-də bayram edilən Müstəqillik günü münasibətilə ölkəsinə geri dönəcəyini daha əvvəl elan etmişdi.

Misirdəki işlərini tamamladıqdan sonra sürpriz şəkildə Cənubi Koreyaya səfər edən keçmiş baş nazir paytaxt Beyrutdakı hava limanında təyyarədən enib. O, sui-qəsd nəticəsində öldürülən keçmiş baş nazir Rəfiq Həririnin məzarını ziyarət edib.

Qeyd edək ki, noyabrın 4-də istefa verdiyini açıqlayan Saad Həriri çıxışında Hizbullah və İranı bölgənin sabitliyini pozmaqda ittiham etmiş və ona sui-qəsd təşkil edilməsi təhlükəsinin olduğunu bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm