Anadan 4 uşağına qarşı QANDONDURAN CİNAYƏT: uşaqlarını diri-diri... - - FOTO
Bizi izləyin

Dünya

Anadan 4 uşağına qarşı QANDONDURAN CİNAYƏT: uşaqlarını diri-diri... - - FOTO

Dəhşətli cinayətlər törədən qadın illər sonra polisə gedərək 4 övladını qətlə yetirdiyini deyib.

Publika.az xəbər verir ki, 53 yaşlı Yaponiya vətəndaşıMayumi Saito ölkənin qərb istiqamətində yerləşən Osaka əyalətində yaşayır. Qadın polis məntəqəsinə gedərək cinayətlərini etiraf edib və təslim olub.

Polisə verdiyi ifadəsində, qadın 1992-1997-ci illərdə dünyaya gətirdiyi körpələrini yaşadığı binanın aşağı hissəsində üzərlərinə beton tökərək basdırdığını deyib: “Maddi vəziyyətim yerində deyildi. Onlara baxa bilmirdim. Əziyyət çəkərək, acından öləcəkdilər. Anayam, onların əziyyət çəkməsini istəmədim”.

Polis əməkdaşları ərazidə əməliyyat-axtarış tədbirləri keçirərkən, həqiqətəndə orada çürümüş cəsəd qalıqlarına rast gəliblər.

Qadının yaxınları ilə əlaqə yaratmağa çalışılsa da, heç bir nəticə olmayıb. Polislər 53 yaşlı qadını həbs edib.

Faktla bağlı cinayət işi açılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm