Kiyev döyüşlərinin statistikası bəlli oldu - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Kiyev döyüşlərinin statistikası bəlli oldu - YENİLƏNDİ

Yanvarın 23-də Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, son dörd gündə 254 milis işçisi yaralanıb, onlardan 104-ü xəstəxanaya yerləşdirilib

Ukrayna paytaxtı Kiyevdə yanvarın 19-dan davam edən qarşıdurmalarda 400 nəfərdən çox adamın xəsarət aldığı açıqlanıb. Yanvarın 23-də Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, son dörd gündə 254 milis işçisi yaralanıb, onlardan 104-ü xəstəxanaya yerləşdirilib. Mitinqçilər arasında 72-si xəstəxanalıq olan 157 yaralının olduğu bildirilir.

Ötən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra Kiyevdə davamlı etiraz aksiyaları keçirilir. Yanvarın 15-dən Ukrayna paytaxtının mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan edən məhkəmə qərarı açıqlanıb. Yanvarın 21-də isə Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran və internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar paketi dərc olunaraq qüvvəyə minib. Qanunlar Ukrayna parlamentində yanvarın 16-da qəbul olunub və müxalifətin kəskin müqaviməti ilə üzləşib. Yanvarın 19-dan paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələrinin toqquşması gedir.

Yanvarın 22-də Ukrayna Baş Prokurorluğu paytaxt Kiyevdə müxalif fəallarla hökumət qüvvələri arasında qarşıdurmada iki nəfərin güllə yarasından həlak olduğunu açıqlayıb.

14.27

Bazar günü Kiyevdə iğtişaşlar başlayandan təqribən 160 nəfər tibbi yardım üçün müraciət edib. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səhər saatlarından müraciət edənlərin sayı 25 nəfər olub.

Tibbi yardım üçün müraciət edənlərin 72 nəfəri xəstəxanaya yerləşdirilib. Təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edənlər 25 nəfər olub. Onlardan 12 nəfəri müxtəlif travmalara görə xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm