Sabiq prezident 4 qadına təcavüzdə ittiham edildi
Bizi izləyin

Dünya

Sabiq prezident 4 qadına təcavüzdə ittiham edildi

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Bill Klintona qarşı daha bir təcavüz iddiası irəli sürülüb.

Publika.az xəbər verir ki, bu haqqda İngiltərə mətbuatında gedən məqalədə qeyd olunub.

"Daily Mail" nəşri yazır ki, "Nyu York Tayms Maqazin" jurnalının sabiq baş redaktoru Edvard Klein "Yekun müharibə: Trampı məhvetmə nəzəriyyəsi" adlı kitabında 71 yaşlı Klintonun hakimiyyətdən getdikdən sonra 2000-ci illərdə yetkinlik yaşına çatmamış 4 qıza təcavüz etdiyini yazıb.

Sözügedən hadisə playboy Ron Burklenin şirkətinə məxsus və Bill Klinton üçün ayrılan təyyarədə baş verib. "Air Force Fuck" adı verilən təyyarədə çalışan 4 qadın həmin il Klinton tərəfindən təcavüzə uğradıqlarını etiraf etmişdilər.

İddialar dünya mətbuatını silkələyib. Medianın gündəmini zəbt edən hadisənin təfərrüatları araşdırılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm